Xəzər İbrahim TÜRKSOY-un Baş katibi və türk dövlətlərinin səfirləri ilə görüşüb

Xarici siyasət
  • 03 aprel, 2023
  • 22:34
Xəzər İbrahim TÜRKSOY-un Baş katibi və türk dövlətlərinin səfirləri ilə görüşüb

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, həmçinin türk dövlətlərinin səfirləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviterdə yazıb.

“TÜRKSOY-un Baş katibi Sultan Rayev, heyəti və qardaş Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan səfirlərini qonaq etməkdən qürur duydum! Şuşa 2023-cü il – Türk Dünyasının mədəniyyət paytaxtıdır!”, - səfir sosial şəbəkədə qeyd edib.