​Viktoriya Nuland: "ABŞ Azərbaycanla əməkdaşlığa böyük dəyər verir"

​Viktoriya Nuland: "ABŞ Azərbaycanla əməkdaşlığa böyük dəyər verir" "ABŞ bu əməkdaşlığı davam etdirməyə hazırdır"
Xarici siyasət
17 Fevral , 2015 14:16

Bakı. 17 fevral. REPORT.AZ/ "ABŞ 20 ildən artıq bir müddətdə davam edən Azərbaycanla əməkdaşlığına böyük dəyər verir".

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland bildirib.

O qeyd edib ki, ABŞ bu əməkdaşlığı davam etdirməyə hazırdır və bu əlaqələr üç istiqamətdə inkişaf edir. V. Nuland bunların təhlükəsizlik məsələləri, iqtisadiyyat və energetika, həmçinin demokratik inkişafın dəstəklənməsi istiqamətlərinin olduğunu bildirib.

"Bizim Azərbaycan Prezidenti ilə çox yaxşı dostluq şəraitində keçən görüşümüz baş tutdu", - Nuland bildirib.

ABŞ dövlət katibinin müavini qeyd edib ki, Prezidentlə görüşü zamanı aşağıdakı məsələlər müzakirə olunub: təhlükəsizlik, iqtisadi və enerji təhlükəsizliyi, iqtisadiyyatın diversifikasiyası, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanda insan haqlarının qorunması.

Dövlət katibinin müavini deyib ki, Prezidentlə görüş zamanı insan haqlarının qorunması ilə bağlı məsələdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd olunaraq, bu sahədə razılıq əldə olunub. "Narıncı" inqilablarla bağlı sualı cavablandıran Nuland deyib: "Hökumət nümayəndələri və xalq arasında dialoqun və anlaşmanın mövcud olduğu cəmiyyətdə müxtəlif inqilablara ehtiyac olmur".

Nuland xatırladıb ki, Bakı-Tiflis-Ceyhan layihəsi energetika sahəsindəki ilk birgə layihə olmuşdu. O, öz növbəsində Cənub dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çatdırılmasını da dəstəklədiyini deyib. "Bu layihə təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də böyük önəm kəsb edir", - Nuland bildirib.  

Son xəbərlər

Orphus sistemi