Thabit Ahmed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir

Thabit Ahmed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir.
Xarici siyasət
3 Sentyabr , 2024 10:28
Thabit Ahmed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir

Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir.

“Report” xəbər verir ki, bunu Qəmər Adaları İttifaqının rəsmisi Thabit Ahmed Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərkən deyib.

O qeyd edib ki, bu gün Fransa Qəmər adalarında öz müstəmləkə siyasətini davam etdirmək istəyir:

“Fransa bizim ərazimizdə dövlət çevrilişinə cəhd göstərib. Mayotdakı Fransa təmsilçiliyi ərazi bütövlüyünə təhdid yaradır. Fransa qeyri-qanuni şəkildə ərazidə müstəmləkə siyasətini davam etdirir”.

T.Ahmed vurğulayıb ki, ərazidə mövcud olan qaz və digər təbii ehtiyatlar Fransanın adaya marağını daha da artırıb, eyni zamanda, siyasi müdaxilələrinin güclənməsinə yol açıb:

“Bütün beynəlxalq qətnamələrə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmətsizlik edir. Fransa hakimiyyəti özünün müstəmləkə siyasətini qanuniləşdirməyə çalışır".

Son xəbərlər

Orphus sistemi