Seneqalın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyen Qarabağ və Şərqi Zəngəzura səfər etmək niyyətində olduğunu bildirib.
O, bunu “Report”un Ankara bürosuna müsahibəsində deyib.
“Mənə dəvət gəldi. Amma həmin dövrdə etimadnaməmi Azərbaycan Prezidentinə təqdim etmədiyim üçün getməyim mümkün olmadı. Qarabağa və Şərqi Zəngəzura səfərim başlıca planlarım arasındadır. Ora getmək üçün müraciət edəcəyəm. Onu da deyim ki, Seneqal Qarabağ məsələsində Azərbaycanın siyasətini dəstəkləyir. Cənab İlham Əliyev mənə Qarabağla bağlı çox gözəl bir kitab verdi. Nəfis tərtibatlı kitab mənim üçün çox dəyərlidir”.
Şeyx Qeyenin geniş müsahibəsini buradan oxuya bilərsiniz.
Qeyd edək ki, Ş.Qeyen eyni zamanda ölkəsini Türkiyədə təmsil edir və iqamətgahı Ankarada yerləşir.