Pakistanın Müasir Dillər Universitetində 27 Sentyabr - Anım Günü qeyd edilib

Pakistanın Müasir Dillər Universitetində 27 Sentyabr - Anım Günü qeyd edilib Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı
Xarici siyasət
25 Sentyabr , 2024 18:16
Pakistanın Müasir Dillər Universitetində 27 Sentyabr - Anım Günü qeyd edilib

Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dil və Mədəniyyət Mərkəzində konfrans təşkil edilib.

Tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib və anım günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Konfransda çıxış edən Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində son qoyulub. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini, lakin həmin qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını xatırladan səfir qeyd edib ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdir. Belə ki, nəticədə Azərbaycan 44 gün davam edən Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail olub, həm də bütün regionda yeni siyasi reallıqlar yaradıb. Diplomat həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək.

Daha sonra NUML-in İcraçı direktoru Şahzad Munirin və xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Caminin çıxışları dinlənilib. Qeyd olunub ki, Azərbaycanın müzəffər Ordusunun Zəfər yürüşü, düşmənin sonadək bütün ərazilərindən qovulması, işğala son qoyulması, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan münaqişənin uğurla və ədalətlə həll edilməsi, bölgədə davamlı sülhə və təhlükəsizliyə əvəzsiz töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi