İrlandiya parlamentinin spikeri ilə Azərbaycanın sülh gündəmi müzakirə olunub
Xarici siyasət
- 11 dekabr, 2025
- 21:18
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Dublində İrlandiya parlamentinin spikeri Verona Mörfi ilə görüşüb.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib.
Bildirilib ki, görüş zamanı V. Mörfi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə keçirilmiş görüşlərini xoş sözlərlə xatırlayıb.
Görüş zamanı Azərbaycan ilə İrlandiya arasındakı münasibətlər, İrlandiya parlamentində təsis edilmiş Azərbaycan ilə Dostluq Qrupunun gələcək fəaliyyəti, Azərbaycanın sülh gündəmi və regionda normallaşma prosesi, ikitərəfli parlamentlərarası əlaqələr və qarşılıqlı səfərlərin perspektivləri müzakirə olunub.
Sonra İrlandiya parlamentinin Xarici əlaqələr və ticarət komitəsinin sədri Con Lahart və komitə üzvləri ilə görüş keçirilib.
Son xəbərlər
19:41
Türkiyənin KARGU və ALPAGU PUA-ları Avropaya ixrac ediləcək
Region19:32
MKİ-nin direktoru Karakasda Venesuelanın müvəqqəti lideri ilə görüşüb
Digər ölkələr19:19
Foto
Kamran Əliyev İstanbul Baş prokurorunun müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Region19:16
Münxen konfransı İran XİN başçısına göndərilmiş dəvəti ləğv edib
Digər ölkələr19:09
Çexiya Prezidenti: Ukrayna bir sıra ağrılı güzəştlərə getməlidir
Digər ölkələr19:07
Dünya Bankı Azərbaycana yeni büdcə mexanizminə keçid islahatlarının həyata keçirilməsində dəstək göstərir
Maliyyə19:05
Azərbaycan Yüksək Liqasında növbəti oyunlar baş tutub
Komanda19:05
KİV: Ukrayna nümayəndə heyəti Uitkoff ilə danışıqlar aparmaq üçün ABŞ-yə gedir
Digər ölkələr19:00