İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək
Xarici siyasət
- 05 mart, 2026
- 12:42
İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək.
"Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik", - məlumatda vurğulanıb.
Xatırladaq ki, martın 5-i günorta radələrində Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib.
Son xəbərlər
05:45
KİV: Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır
İqtisadiyyat05:20
Video
Donald Tramp UFC döyüşçüsü ilə rinqdən video bölüşüb
Fərdi04:55
Malatyada mikroavtobus aşıb, ölən və yaralananlar var
Region04:29
İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər
Digər04:01
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Energetika03:35
Möhsün Rzayi: ABŞ məğlubiyyətə məhkumdur
Region03:17
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
Hadisə03:08
DMM: Türkiyə İsrailə qarşı işğal təhdidi yaratmır
Region02:44