"Haber Global": Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən böyük bir liderdir

Xarici siyasət
  • 12 dekabr, 2025
  • 15:28
Haber Global: Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən böyük bir liderdir

Türkiyənin "Haber Global" telekanalı Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən anım mərasimindən videomaterial hazırlayıb.

"Report" xəbər verir ki, süjetdə tədbirə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Baş Konsulluğun nümayəndələri, eləcə də həm azərbaycanlı, həm də yerli vətəndaşların qatıldıqları qeyd olunub.

Bildirilib ki, Ümummilli Liderin anım günü ilə əlaqədar İstanbulun Sarıyer rayonunda yerləşən abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Nərminə Mustafayeva çıxışında bildirib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqının taleyi ilə birləşdirib:

"Bu gün də biz bu mirasa sahib çıxmalı, onu qorumalı və gələcək nəsillərə ötürməliyik".

Videomaterialda həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi liderlik yoluna və fəaliyyətinə də nəzər salınıb:

"Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən böyük bir liderdir".

"Haber Global": Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən böyük bir liderdir

Son xəbərlər

Bütün Xəbər Lenti