Azərbaycan ilə Tailand süni intellekt və elektromobillər sahəsində əməkdaşlığı dərinləşdirəcək
- 12 dekabr, 2025
- 17:58
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand xarici işlər naziri Sixasak Phuangketke ilə görüşüb.
Bu barədə "Report" Tailand XİN-ə istinadən xəbər verir.
"Tailand xarici işlər naziri ölkədə rəsmi səfərdə olan Azərbaycan XİN rəhbərinin müavini Elnur Məmmədovla görüş keçirib. Tərəflər ticarət və investisiyalar, özəl sektor əməkdaşlığı, enerji keçidi və bərpa olunan enerji mənbələri, rəqəmsallaşdırma, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, həmçinin süni intellekt və elektromobillər sahəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər", - məlumatda bildirilib.
Sixasak Phuangketke həmçinin Azərbaycanın Banqkokda səfirliyinin açılmasını alqışlayıb.
รมว.กต. @SihasakPh พบหารือกับนายเอลนูร์ มัมมาดอฟ รมช.กต. #อาเซอร์ไบจาน ที่เยือนไทยอย่างเป็นทางการ ยินดีต่อการเปิดสถานเอกอัครราชทูตอาเซอร์ไบจานประจำไทยอย่างเป็นทางการ ขณะที่ทั้งสองฝ่ายพร้อมยกระดับความร่วมมือ อาทิ การค้า การลงทุน เครือข่ายภาคเอกชน… pic.twitter.com/bH2aQKn633
— กระทรวงการต่างประเทศ | MFA of Thailand (@MFAThai) December 12, 2025