Fərid Şəfiyev: Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır
- 26 dekabr, 2025
- 11:31
Gələn ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri Azərbaycan üçün maraqlıdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.
F.Şəfiyev xatırladıb ki, gələn ilin iyun ayında Ermənistanda seçkilər olacaq:
"Bu hadisə bizim üçün maraqlıdır. Biz bəzi addımlarım atılmasını gözləyirik. ABŞ-nin vasitəçiliyi ilə aramızda olan danışıqlar önəmlidir".
Sədr əlavə edib ki, ABŞ ilə münasibətlərdə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, 907-ci düzəlişin ləğvi Azərbaycan üçün çox vacib məsələlərdir.
F.Şəfiyev Avropa İttifaqı ilə münasibətlərə toxunaraq, Aİ ilə münasibətlərdə də yeni mərhələnin açılacağına ümid etdiklərini bildirib:
"Bəzən müəyyən problemlərlə üzləşirik. Buna nümunə Ermənistanla Aİ arasında imzalanan sənəddə Azərbaycan əleyhinə fikirlərin yer almasıdır".