Fərid Şəfiyev: Azərbaycanla Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb

Fərid Şəfiyev: Azərbaycanla Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb 30 il ərzində Azərbaycan ilə Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb və bu əlaqələr yüksək, strateji səviyyədədir.
Xarici siyasət
27 Avqust , 2024 10:32
Fərid Şəfiyev: Azərbaycanla Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb

30 il ərzində Azərbaycan ilə Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb və bu əlaqələr yüksək, strateji səviyyədədir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutu ilə birgə təşkil olunmuş “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri mürəkkəb geosiyasi hadisələr fonunda baş tutub.

F.Şəfiyev iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. “Biz Azərbaycan və Özbəkistanın özəl sektorları arasında əməkdaşlığı asanlaşdırmalıyıq”, - o bildirib.

Bundan əlavə, İdarə Heyətinin sədri Orta Dəhlizin və Mərkəzi Asiya ölkələri ilə bu layihədə əməkdaşlığın əhəmiyyətindən də danışıb.

Son xəbərlər

Orphus sistemi