Dövlət başçısı: "Yaxın aylarda Bakı-Tbilisi-Qars dəmiryolunun imkanları beş milyon tona qədər artırılacaq"
- 25 sentyabr, 2023
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaxın aylarda Bakı-Tbilisi-Qars dəmiryolunun imkanları beş milyon tona qədər artırılacaq.
"Report"un Naxçıvana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
"Biz bu gün sizinlə eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolunun tutumunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları bir milyondan beş milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmiryolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır", - dövlət başçısı qeyd edib.