Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya, o cümlədən Bosniya və Herseqovina, eləcə də bütün Cənub-Şərqi Avropa üçün çox mühüm hadisədir.
"Report" xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beciroviç "AnewZ" televiziya şirkətinə bildirib.
“Ümid edirəm ki, birlikdə bütün dünya üçün daha yaxşı gələcəyə çalışacağıq”, - o vurğulayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və COP29-a dəvətə görə minnətdarlığını bildirib. O, həmçinin bu tədbirin Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və uğurlu olacağına əminliyini bildirib.