Cevdet Yılmaz Sahibə Qafarova ilə ikitərəfli və parlamentlərarası əlaqələri müzakirə edib

Xarici siyasət
  • 23 dekabr, 2025
  • 12:59
Cevdet Yılmaz Sahibə Qafarova ilə ikitərəfli və parlamentlərarası əlaqələri müzakirə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Cevdet Yılmaz özünün "X" hesabında paylaşım edib.

"Bakı proqramlarımız çərçivəsində Azərbaycan Milli Məclis sədri Sahibə Qafarova ilə görüşdük. Görüşümüzdə "Bir millət, iki dövlət" anlayışı əsasında ikitərəfli əlaqələrimiz, regional inkişaflar və parlamentlərarası əməkdaşlığımızı müzakirə etdik", - o qeyd edib.

Vitse-prezident əlavə edib ki, 2026-cı ildə Antalyada keçiriləcək COP31 prosesində Azərbaycanın dəyərli dəstəyi, Türk dünyasında çoxtərəfli əməkdaşlıq və regional sülhə töhfə verəcək mexanizmlər də görüşün əsas mövzuları sırasında olub:

"Göstərdikləri qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinin sədri hörmətli Sahibə Qafarova və heyətinə təşəkkür edir, bu vəsilə ilə azərbaycanlı qardaşlarıma məhəbbətlərimi çatdırıram".

Qeyd edək ki, görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, enerji və digər sahələrdə birgə reallaşdırdıqları meqalayihələrin böyük regional və qlobal əhəmiyyət daşıdığı qeyd olunub. Bu baxımdan Orta Dəhlizin əsas xəttinə çevriləcək Zəngəzur dəhlizinin strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafının TDT-ni daha da gücləndirdiyi qeyd olunub. Bildirilib ki, bununla yanaşı, TürkPA da türkdilli ölkələrin parlament platforması kimi mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti