CAR Milli Assambleyasının sədri: "Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir"
- 18 may, 2023
- 08:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.
"Report" xəbər verir ki, bunu Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Qonaq Ulu Öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yarandığını bildirib.
Dövlət başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Nosivive Mapisa-Nqakula Ulu Öndərin Azərbaycan tarixində müstəsna rol oynayan böyük şəxsiyyət və Lider olduğunu qeyd edib, ölkəmizin inkişafında onun müstəsna rolunu vurğulayıb.
Qonaq deyib ki, Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.