BMT-nin mənzil-qərargahı önündə Nyu-Yorkda yaşayan həmvətənlərimiz tərəfindən erməni yalanlarına qarşı təşkil olunan etiraz aksiyası yekunlaşıb.
"Report"un yerli bürosu xəbər verir ki, Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz məqsədilə baş tutan aksiyada həmvətənlərimiz beynəxalq təşkilatdan ədalət tələb ediblər.
Əllərində Azərbaycan bayraqları və plakalatla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasına məsələyə ədalətlə yanaşmağa çağırış ediblər.
Həmvətənlərimiz ərazidən keçən diplomatları Erməistanın işğalçılıq siyasəti və yalanları barədə məlumatlandırıblar.
Aksiyanın keçirildiyi əraziyə gələn bir qrup erməni dinc aksiyanı pozaraq həmvətənlərimizə qarşı təxribat törədiblər. Onlar əllərində plakatlar və qondarma ölkənin bayraqları ilə azərbaycanlılara hücum çəkib, yoldan keçən maşınların qarşısını əllərindəki plakatlarla kəsiblər. Azərbaycan bayraqlarını cırmaq istəyən ermənilər həmvətənlərimizi qəzəbinə tuş gəlib. Ərazidə qarşıdurma yaşanıb.
Nümayişin keçirildiyi əraziyə Nyu-York polis departamentinin əməkdaşları gəlib. Həmvətənlərimizə təziq göstərən ermənilər polisə yalan məlumatlar verərək özlərini müdafiə etməyə çalışıblar. Polis insidentə dair foto və video görüntüləri izləyib.
Polisin həmvətənlərimizə hücüm edən Cobanyan Sulyanı hadisə yerində həbs edib. Təxribat törədən və özünü BMT-nin əməkdaşı kimi təqdim edən digər erməni vətəndaşı sorğu üçün polis bölməsinə aparılıb.
Həmvətənlərimiz Alidə Zeynalova və Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova hadisə ilə bağlı dindirilmək üçün polis bölməsimə aparılıb. Həmvətənlərimizin sorğusu davam edir.
Nyu-York polisi BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədən Cobanyan Sulyanı həbs edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, polis BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirirən həmvətənlərimizə qarşı təxribat törədən erməniləri sorğuya çəkib.
Əraziyə gələn polis əməkdaşları şikayətçi tərəfləri dinləyir. Polis hadisəyə dair foto və videoları incələyir.
Aksiya iştirakçılarının sorğusu davam edir.
BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.
"Report"un ABŞ bürosu xəbər verir ki, bir neçə erməni əllərində plakatlar və qondarma bayraqlarla azərbaycanlılara hücum ediblər.
Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.
Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisləri gəlib.
ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.
"Report"un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.
Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.
Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.