Azərbaycanın turizm potensialı İsraildə "New Map" sammitində təqdim edilib
- 11 dekabr, 2025
- 12:57
Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyi və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təmsilçiliyi ilə ölkənin turizm potensialı Təl-Əvivdə keçirilən "New Map" Turizm Sammitində tanıdılıb.
Bu barədə "Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Sammit çərçivəsində keçirilən və 350-dən çox turizm sənaye nümayəndəsini bir araya gətirən konfransda Azərbaycanın İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov çıxış edərək iki ölkə arasında turizm əlaqələrinin inkişafı istiqamətində mövcud əməkdaşlıq imkanlarını vurğulayıb.
Tədbirin davamı olaraq təşkil olunan turizm festivalında ölkənin milli mətbəx nümunələri təqdim edilib.
Sammit çərçivəsində İsrailin turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilib.
Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində İsraildən Azərbaycana səfər edən ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 59 917 nəfərə çatıb.