Qambiya sahillərində gəmi qəzası nəticəsində yeddi nəfər həlak olub

Digər ölkələr
  • 02 yanvar, 2026
  • 01:28
Qambiya sahillərində gəmi qəzası nəticəsində yeddi nəfər həlak olub

Atlantik okeanının Qambiya sahillərində İspaniyaya məxsus Kanar adalarına qanunsuz çatmağa çalışan azı yeddi nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Qambiyanın Dövlət Televiziya və Radio Yayımı Xidməti Afrika ölkəsinin polisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, paytaxt Bancul yaxınlığında aşmış gəmidə olan 96 nəfər xilas edilib. Faktla bağlı araşdırma başlanılıb.

Miqrantlar Qambiya sahillərindən 1 550 km məsafədə yerləşən Kanar adalarına çatmağa çalışırdılar. Qərbi Afrika ölkələrindən qanunsuz miqrantları daşıyan gəmilərə Qambiya və Seneqaldan bu adalara çatmaq üçün 6-10 gün lazımdır. Bunun üçün, əsasən, cinayətkar qruplaşmaların Afrika ölkələrindən aldıqları köhnə balıqçı gəmilərindən istifadə olunur.

İspaniya Daxili İşlər Nazirliyinin qiymətləndirməsinə görə, 2025-ci ildə Afrikadan Kanar adalarına dəniz yolu ilə təxminən 45 min qeyri-qanuni miqrant gəlib. Onların bir hissəsi Kanar adalarında Avropa İttifaqında yaşamaq hüququ əldə etmək istəyən miqrantlar üçün daha yer olmadığına görə İspaniyanın materik hissəsinə göndərilib. Ötən il isə Kanar adalarına çatmağa cəhd edən təxminən 2 min qeyri-qanuni miqrant boğularaq həyatını itirib.

Son xəbərlər

Bütün Xəbər Lenti