Taras Kaçka: Ukrayna Qərbdəki tərəfdaşlarından 800 milyard dollar cəlb etməyi planlaşdırır

Digər ölkələr
  • 03 yanvar, 2026
  • 18:18
Taras Kaçka: Ukrayna Qərbdəki tərəfdaşlarından 800 milyard dollar cəlb etməyi planlaşdırır

Ukraynada iqtisadi rifahı təmin etmək üçün növbəti 10 il ərzində Qərbdəki tərəfdaşlardan təqribən 800 milyard dollar cəlb edilməsi nəzərdə tutulur.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Baş nazirinin müavini Taras Kaçka Kiyevdə müxtəlif ölkələrdən olan təhlükəsizlik müşavirləri ilə görüş ərəfəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məbləğə fiziki şəxslərə dəymiş ziyanın kompensasiyası, həmçinin Ukraynanın yenidən qurulması, bərpası və sabit inkişafı üçün görüləcək işlərin maliyyələşdirilməsi daxildir:

"Bilirik ki, bu işin təməli Ukraynanın Avropa İttifaqına üzvlüyü istiqamətində həyata keçirdiyi islahatlar olacaq. Ümumiyyətlə, Avropa İttifaqına inteqrasiya bu dəstək paketinin mühüm elementlərindən biridir.

Hazırda burada Aİ üzvü olmayan 15 ölkədən təhlükəsizlik məsələləri üzrə müşavirlər iştirak edir. Bununla belə, biz həmin ölkələrlə müharibə zamanı azad ticarət haqqında müqavilələr imzalamışıq. Onların sırasında Böyük Britaniya, Kanada və Norveç kimi ölkələr var. Bu ölkələr Ukraynaya qeyd etdiyim dəstək prosesinə qoşulmağa hazırdırlar".

Son xəbərlər

Bütün Xəbər Lenti