Azərbaycan turizm sahəsində inkişaf edən ölkələr sırasında - REYTİNQ

Azərbaycan turizm sahəsində inkişaf edən ölkələr sırasında - REYTİNQ Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Ümumdünya Turizm Təşkilatı (UNWTO) Azərbaycanı turizm sənayesi ən sürətlə inkişaf edən ölkələrin ilk “20-liy”inə daxil edib.
Turizm
101
5 Fevral , 2020 12:50
Azərbaycan turizm sahəsində inkişaf edən ölkələr sırasında - REYTİNQ

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Ümumdünya Turizm Təşkilatı (UNWTO) Azərbaycanı turizm sənayesi ən sürətlə inkişaf edən ölkələrin ilk “20-liy”inə daxil edib.

“Report” xəbər verir ki, Azərbaycan siyahıda 18-ci yeri tutub, ölkədə turizm sənayesindəki artım 11,4% təşkil edib.

“TOP-10”da Myanma (artım - 40,2%), Puerto Riko (31,2%), İran (27,9%), Özbəkistan (27,3%), Monteneqro (21,4%), Misir ( 1,1%), Vyetnam (16,2%), Filippin adaları (15,1%), Maldiv adaları (14,9%) və Baham adaları (14,6%) yer alıb.

UNWTO-nun məlumatına görə, ümumilikdə ötən il planetin sakinləri 1,5 milyard xarici səfər həyata keçirib, bu da 2018-ci ildəkindən 4% çoxdur. Fransa ən cəlbedici ölkə olub: 90 milyondan çox turist oranı ziyarət edib.

Son xəbərlər

Orphus sistemi