Bu ilin 6 ayında 6791 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ƏƏSMN tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrasında sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.
Bu ilin yanvar-iyun aylarında 604 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunur, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Daha sonra növbəlilik qaydasına uyğun olaraq mal və materiallarla təminat prosesi həyata keçirilir.
Qeyd edək ki, həmin dövrdə ümumilikdə 6791 şəxs, o cümlədən 163 şəhid ailəsi üzvü, 549 məcburi köçkün, 1041 gənc, 2020 qadın və digər kateqoriyalardan olan şəxslər bu proqrama cəlb edilib.