Azərbaycanda token ödənişləri gələn ildən ani ödənişlər sistemi ilə aparılacaq

Maliyyə
  • 29 oktyabr, 2026
  • 12:16
Azərbaycanda token ödənişləri gələn ildən ani ödənişlər sistemi ilə aparılacaq

Gələn ildən Azərbaycanda token ödənişləri ani ödənişlər sistemi vasitəsilə həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfrasında bildirib.

O qeyd edib ki, hazırda bu sistem test rejimində sınaqdan keçirilir.