"Təmiz Şəhər"in sədri: "Mənfəətlə işləməyimiz üçün tariflər artırılmalıdır"

"Təmiz Şəhər"in sədri: "Mənfəətlə işləməyimiz üçün tariflər artırılmalıdır" Etibar Abbasov səhmdar cəmiyyətin zərərlə işləməsinə aydınlıq gətirib
Sənaye
2 İyun , 2018 16:03
Təmiz Şəhərin sədri: Mənfəətlə işləməyimiz üçün tariflər artırılmalıdır
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında "Təmiz Şəhər" ASC-nin zərərlə işləməsi tullantıların daşınma tariflərinin aşağı olması ilə bağlıdır. 

Bu barədə "Report"a açıqlamasında qurumun İdarə Heyətinin sədri Etibar Abbasov bildirib. 

"Tariflərin artırılması məsələsinə baxılmalıdır. Bütün dünyada bu tariflər yüksəkdir, amma Azərbaycanda aşağıdır. Səhmdar cəmiyyətin gəlirləri tullantıların daşınması ilə yanaşı, istehsal etdiyi elektrik enerjisinin satışından da formalaşır. Enerjinin tariflərini də Tarif Şurası müəyyən edib. Bu məsələlərə kompleks baxılmalı, tariflər artırılmalıdır ki, mənfəətlə işləyək", - deyə o, qeyd edib. 

Sədr rəhbərlik etdiyi qurumun tabeliyindəki Balaxanı Sənaye Parkındakı son vəziyyət barədə də danışıb: "Hazırda Parkın 11 rezidenti var. Onlardaın 5-i fəaliyyətdədir. Yeni rezidentlərin cəlb edilməsi istiqamətində iş davam etdiriləcək. Bunun üçün Parkın ərazisi 1,3 hektar genişləndirilərək 8,3 hektara çatdırılıb"

Son xəbərlər

Orphus sistemi