“AzerGold” ixracdan gəlirlərini 26 %-dən çox artırıb

“AzerGold” ixracdan gəlirlərini 26 %-dən çox artırıb Bu ilin yanvar-noyabr aylarında “AzerGold” QSC 99,8 mln ABŞ dolları dəyərində məhsul ixrac edib
Sənaye
30 Dekabr , 2020 14:09
“AzerGold” ixracdan gəlirlərini 26 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında “AzerGold” QSC 99,8 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 mln ABŞ dolları və yaxud 26,3 % çoxdur.

Xatırladaq ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində “AzerGold” xarici ölkələrə 79 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 mln manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi