Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı qanuna düzəlişləri təsdiqləyib
- 12 noyabr, 2026
- 16:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan parlamenti TRIPP şirkətinin yaradılması üçün "Səhmdar cəmiyyətləri haqqında" qanuna dəyişikliklər edilməsi layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Dəyişikliklərin lehinə hakim "Vətəndaş müqaviləsi"nin 62 deputatı səs verib. Müxalifət zalda olmayıb.
Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsun daha əvvəl qeyd etdiyi kimi, dəyişikliklər ölkənin yeni hüquq institutunu tətbiq etməyə imkan verəcək, bunun vasitəsilə beynəlxalq müqavilələr əsasında yaradılan şirkətlərə münasibətdə xüsusi hüquqi tənzimləmələr tətbiq etmək mümkün olacaq.
"Söhbət qüvvədə olan qanundan ayrı-ayrı istisnalardan deyil, bu şirkətlərin fəaliyyəti üçün çevik və proqnozlaşdırıla bilən hüquqi əsasdan gedir", - nazir müavini bildirib.
Qeyd edək ki, TRIPP çərçivəsində ilk mərhələdə ABŞ-yə 74 %, Ermənistana isə 26 % pay təklif olunur, saziş uzadıldıqda Ermənistanın payının 49 %-ə qədər artırılması imkanı mövcuddur.