Prezidentin köməkçisi: "Dünyada vaksinlərin bölüşdürülməsində ədalətsiz yanaşma var"

Sağlamlıq
  • 04 noyabr, 2021
  • 08:53
Prezidentin köməkçisi: Dünyada vaksinlərin bölüşdürülməsində ədalətsiz yanaşma var
Şahmar Mövsümov

"Bütün ölkələr tezliklə bitməsi üçün pandemiyaya qarşı mübarizədə birləşməlidilər".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov noyabrın 4-də Bakıda işə başlayan “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə də fikirlərini bölüşüb: "İnkişaf etmiş ölkələrdə vaksinasiya göstəricisi 60-70 faiz qədər çatıb. İnkişaf etməkdə olan ölkələrin bir çoxunda isə vaksinləşmə 10 faizə çatmayıb. Təbii ki, bu da qeyri-bərabər, ədalətsiz yanaşmadır. Bu, qlobal pandemiyadır, hansısa bir ölkə bunu bitirə bilməz. Bütün ölkələr birlikdə pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, tezliklə bitsin””.