Ukraynanı təmsil edən azərbaycanlı güləşçi dünya çempionatında üçüncü olub
Region
- 18 sentyabr, 2024
- 10:46
Ukraynanı təmsil edən Aidə Kərimova İspaniyanın Pontevedra şəhərində keçirilən 20 yaşadək güləşçilər arasında dünya çempionatında bürünc medal qazanıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, o, Ukraynada bu səviyyədə nailiyyət qazanan ilk azərbaycanlıdır.
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev Kiyevdə Aidə Kərimova ilə görüşərək onu azərbaycanlılar adından təbrik edib.
Qeyd edək ki, A.Kərimova bundan əvvəl Avropa çempionatında Ukraynanı təmsil edərək qızıl medal qazanıb. Ukraynanın əməkdar məşqçisi Ruslan Savloxovun rəhbərliyi altında hazırlaşan A.Kərimova əslən Azərbaycanın Yevlax rayonundandır və Ukraynanın Donetsk vilayətində doğulub boya-başa çatıb.
Son xəbərlər
08:42
KİV: ABŞ 2026-cı ilin sonuna qədər Kuba hökumətini devirmək niyyətindədir
Digər ölkələr08:30
ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi özünə yeni iş tapıb
Digər ölkələr08:15
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:47
Tramp Qrenlandiya təhdidlərindən geri çəkildikdən sonra qızıl ucuzlaşıb, səhmlər yüksəlib
Qarabağ07:18
Norveç Rusiya ilə sərhəddə hasar tikmək niyyətində deyil
Digər ölkələr06:50
Ukrayna rəsmisi Davosda ABŞ prezidentinin nümayəndələri ilə görüşüb
Digər ölkələr06:13
Pakistanın Baş naziri Rusiyaya səfər edəcək
Digər ölkələr05:41
"The Times": Amerika ordusu Arktikada təhlükəsizliyi təkbaşına təmin etmək iqtidarında deyil
Digər ölkələr05:23