Türkiyə səfiri Gürcüstan XİN-də regional əmədakşlığa dair müzakirələr aparıb

Türkiyə səfiri Gürcüstan XİN-də regional əmədakşlığa dair müzakirələr aparıb Gürcüstanın xarici işlər nazirinin yeni müavini Teymuraz Cancaliya Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşüb
Region
22 İyun , 2021 14:41
Türkiyə səfiri Gürcüstan XİN-də regional əmədakşlığa dair müzakirələr aparıb

Gürcüstanın xarici işlər nazirinin yeni müavini Teymuraz Cancaliya Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tanışlıq xarakteri daşıyan görüşdə Gürcüstan və Türkiyə arasında əməkdaşlıq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın koordinasiyası məsələləri müzakirə olunub.

Tərəflər Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlığın əhəmiyyətini və bunun Cənubi Qafqaz bölgəsi üçün önəmini vurğulayıblar. Söhbət zamanı regional və qlobal təhlükəsizlik məsələləri də nəzərdən keçirilib.

Görüşdə iki ölkə arasında strateji münasibətlərin aktual məsələləri üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair hazırlıq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi