Əfqanıstandan Tacikistana gələn terrorçular zərərsizləşdirilib
Region
- 18 yanvar, 2026
- 13:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstanla sərhəddən Tacikistana qanunsuz daxil olan dörd silahlı terrorçu zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) Sərhəd Qoşunlarının mətbuat mərkəzinin "Xovar" agentliyinin saytında dərc edilən bəyanatında deyilir.
Məlumata görə, terror təşkilatının dörd silahlı üzvü yanvarın 18-nə keçən gecə Əfqanıstanın Bədəxşan əyalətindən Tacikistanın Xatlon vilayətinin ərazisinə qanunsuz daxil olub. Məlumatda qeyd edilib ki, terrorçular sərhədçilərin təslim olmaq əmrlərinə tabe olmayıb və silahlı müqavimət göstəriblər.
"Döyüş əməliyyatları zamanı dörd terrorçu məhv edilib", - bəyanatda qeyd edilir.
В Таджикистане ликвидировали проникших из Афганистана террористов
Terrorists who infiltrated from Afghanistan eliminated in Tajikistan
Son xəbərlər
15:43
Azərbaycan təbii qaz ixracından gəlirlərini 7 % artırıb
Energetika
15:41
"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
Futbol
15:40
Kölndə sinaqoqa hücum hazırlayan iki İraq vətəndaşı saxlanılıb
Digər ölkələr
15:36
Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb
Energetika
15:35
Foto
Video
FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Daxili siyasət
15:31
Oliver Berman 2027-ci ildə də "Haas"ın heyətində çıxış edəcək
Formula 1
15:27
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb
Biznes
15:26
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 28 % azaldıb
Biznes
15:26
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb
Biznes