İran tərəfi bəzi Avropa ölkələrinin Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəliklərinin pozulmasına cavab olaraq uranı 60 % və ya daha çox zənginləşdirir.
“Report” xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi CNN-ə müsahibəsində deyib.
“Biz bu addımları üç Avropa ölkəsi tərəfindən öhdəliklərin pozulmasına cavab olaraq atdıq. Əvvəlcə biz öhdəliklərimizə əsaslanaraq 60 %-ə qədər zənginləşdirməyə can atmırdıq”, - dövlət başçısı bildirib.
Rəisinin sözlərinə görə, Tehran bu hərəkətlərin nüvə silahı əldə etmək məqsədi daşımadığını, avropalıların öz öhdəliklərinə “sədaqətsizliyinə” cavab olduğunu rəsmən bəyan edib.
“Əgər onlar […] öhdəliklərinə qayıtsalar, əmin olun ki, İslam Respublikası keçmişdə olduğu kimi, öz öhdəliklərinə sadiq qalacaq”, - o vurğulayıb.
Xatırladaq ki, İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib.