İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib

İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Tehranın nüvə proqramı üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təftiş edən 8 mütəxəssinin akkreditasiyasını ləğv edib.
Region
17 Sentyabr , 2023 14:43
İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Tehranın nüvə proqramı üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təftiş edən 8 mütəxəssinin akkreditasiyasını ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, akkreditasiyası ləğv edilən müfəttişlər Almaniya və Fransa vətəndaşlarıdır.

Xatırladaq ki, ötən gün AEBA-nın baş direktoru Rafael Grossi İranın uranın zənginləşdirilməsi obyektlərində bir neçə müfəttişin akkreditasiyasını ləğv etmək qərarı barədə təşkilatı bilgiləndirdiyini deyib. Baş direktor onların dəqiq sayını açıqlamayıb. Qrossi qeyd edib ki, bu addım Agentliyin ölkədə yoxlamalar aparmaq imkanlarını xeyli azaldacaq. AEBA başçısı Tehranın bu davranışını pisləyib və onu əməkdaşlığa çağırıb.

Son xəbərlər

Orphus sistemi