Almaz Baketayev Qırğızıstan Milli Bankının yeni sədri olub - YENİLƏNİB

Region
  • 18 mart, 2026
  • 17:34
Almaz Baketayev Qırğızıstan Milli Bankının yeni sədri olub - YENİLƏNİB

Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımalıyev Milli Bankın mərkəzi aparatına yeni sədr Almaz Baketayevi təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.

A.Kasımalıyev Milli Bankın işinin prioritet istiqamətlərini qeyd edib.

O bildirib ki, yeni sədrin rəhbərliyi altında tənzimləyici qurum bank sektorunun inkişafını davam etdirəcək, pul-kredit siyasətinin səmərəliliyini artıracaq və sabit iqtisadi artıma töhfə verəcək.

Qırğızıstan Milli Bankının sədri Melis Turqunbayev istefa verib.

"Report" Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə martın 18-də Joqorku Keneşin (parlamentin) spikeri Marlen Mamataliyev məlumat verib.

Spiker qeyd edib ki, M.Turqunbayev istefa vermək barədə ərizəsini özü təqdim edib.

O əlavə edib ki, parlamentin müvafiq komitəsi yaxın zamanda bu məsələni nəzərdən keçirəcək.