Nazir müavini: İranda quraqlığın artacağı realdır

Nazir müavini: İranda quraqlığın artacağı realdır İqlim dəyişikliyi səbəbindən son onilliklərdə meteoroloji məlumatlar dəqiq olmasa da, mövcud qanunauyğunluğa əsasən, İranda quraqlığın olacağı ehtimalı daha yüksəkdir.
Region
18 Oktyabr , 2024 09:56
Nazir müavini: İranda quraqlığın artacağı realdır

İqlim dəyişikliyi səbəbindən İranda quraqlığın olacağı ehtimalı yüksəkdir.

“Report” xəbər verir ki, bunu İran yollar, şəhərsalma nazirinin müavini və Meteoroloji təşkilatın başçısı Səhər Tacbəxş Müslüm İRNA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, son illərdə atmosferinin temperaturu artıb və tarazlıq itib, hava şəraiti artıq əvvəlki kimi deyil və ona görə də çoxsaylı gözlənilməz hadisələr baş verir:

“Məsələn, ötən ilin payızında biz ölkədə yağıntılı havaların cox olacağını proqnozlaşdırmışdıq. Ancaq bu proqnoz özünü doğrultmadı. Odur ki, uzunmüddətli intervallar üçün hava şəraitinin proqnozlaşdırılması səhvlərin yüksək faizi ilə əlaqələndirilir. Bu baxımdan, hətta müasir meteoroloji qurğulara və avadanlıqlara malik olan qabaqcıl ölkələrdə belə, uzunmüddətli bəyanatlar əminliklə verilə bilməz”.

O əlavə edib ki, iqlim dəyişikliyi qlobal problem olduğundan, bu barədə qəti rəy vermək mümkün deyil: “Hazırda İranda quraqlıqdır. Mövcud gedişata baxsaq, ölkədə quraqlığın daha da artacağı çox realdır”.

Son xəbərlər

Orphus sistemi