İnquşetiyada DİN əməkdaşlarının avtomobili atəşə tutulub, ölən və yaralananlar var

İnquşetiyada DİN əməkdaşlarının avtomobili atəşə tutulub, ölən və yaralananlar var Naməlum şəxslər Rusiya Federasiyasının İnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzinin (EMM) əməkdaşlarının olduğu avtomobilə atəş açıblar.
Region
12 Oktyabr , 2024 01:25
İnquşetiyada DİN əməkdaşlarının avtomobili atəşə tutulub, ölən və yaralananlar var

Naməlum şəxslər Rusiya Federasiyasının İnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzinin (EMM) əməkdaşlarının olduğu avtomobilə atəş açıblar.

“Report” “Baza” teleqram kanalına istinadən xəbər verir ki, hücum nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Məlumata görə, atəş açan cinayətkarların hədəfi regionun EMM rəis müavini Adam Xamxoyev olub. O, əvvəllər İnquşetiya Ekstremizmlə Mübarizə Mərkəzinin keçmiş rəhbəri İbrahim Elcarkiyevi əvəz edirdi ki, o da 2019-cu ilin noyabrında Moskvada qətlə yetirilmişdi.

“Polis avtomobilinə hücum zamanı Xamxoyevi qoruyan “E” Mərkəzinin Auşev soyadlı üç əməkdaşı həlak olub”, – kanalın məlumatında deyilir.

Xamxoyevin özü xəsarət almayıb. Bu ona qarşı beşinci sui-qəsd cəhdi olub, əvvəlki ikisində o, yaralanıb. Hüquq-mühafizə orqanları əməkdaşları hücum edənləri axtarırlar.

Qeyd olunub ki, EMM əməkdaşlarına 99-cu model gümüşü rəngli “Lada”dan atəş açılıb, avtomobil Şimali Osetiyanın Mayski qəsəbəsində yandırılmış vəziyyətdə tapılıb. İlkin məlumata görə, hücum edənlər üç nəfər olub. Onlar axtarışa veriliblər.

Son xəbərlər

Orphus sistemi