Ermənistanda orduya çağırış və tərxislə bağlı layihə hazırlanıb
Region
- 06 oktyabr, 2025
- 16:13
Ermənistan Müdafiə Nazirliyi növbəti il üçün məcburi hərbi xidmətə qış çağırışının qaydalarını müəyyən edən layihəni ictimai müzakirəyə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sənədə əsasən, Silahlı Qüvvələrin yeni çağırışçılarla komplektləşdirilməsi, həmçinin xidmət müddətini başa vuran hərbçilərin ehtiyata buraxılması 2026-cı ilin yanvar ayında həyata keçiriləcək. Sənəddə qeyd olunur ki, yeni əsgərlərin Silahlı Qüvvələrə qəbulu 2026-cı ilin yanvarın 7-dən 31-nə kimi keçiriləcək.
Eyni zamanda, müəyyən edilmiş məcburi xidmət müddətini başa vuran hərbçilər tərxis olunacaqlar. Onların ehtiyata buraxılması prosesi 2026-cı ilin yanvarın 8-dən 31-i daxil olmaqla həyata keçiriləcək.
Son xəbərlər
04:00
Məhkəmə Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını yoxlayacaq
Digər ölkələr03:38
Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonrakı bərpasını müzakirə edib
Digər ölkələr03:11
NYT: Aktyor Ceremi Harris Yaponiyada saxlanılıb
Digər ölkələr02:36
"Kairos" tankeri Bolqarıstan sahillərində batmaq təhlükəsi ilə üzləşib
Digər ölkələr02:02
Şanlıurfada 25 şagird qidadan zəhərlənib
Region01:35
Amerikalı diplomat Azərbaycanın enerji marşrutlarında iştirakını yüksək qiymətləndirib
Energetika01:14
Rusiya Fransa, Kanada və Portuqaliya ilə hərbi əməkdaşlığı dayandırıb
Digər ölkələr00:32
Bakı metrosunda qatarda texniki nasazlıq qeydə alınıb
Hadisə00:20