Ermənistan parlamenti Azərbaycanla sülhün qurulması haqqında bəyanat layihəsini qəbul edib - YENİLƏNİB

Region
  • 02 oktyabr, 2025
  • 15:56
Ermənistan parlamenti Azərbaycanla sülhün qurulması haqqında bəyanat layihəsini qəbul edib - YENİLƏNİB

Ermənistan parlamenti "Ermənistan və Azərbaycan arasında sülhün qurulması" haqqında bəyanat layihəsini qəbul edib.

"Report"xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, müxalifət 20 dəqiqəlik fasilə istəyib, bunu bəyanatın mətninə bir neçə təklif vermək istəyi ilə əsaslandırıb və fasilədə bütün tərkibi ilə parlamentdən çıxıb.

"Vətəndaş müqaviləsi" fraksiyası tərəfindən hazırlanmış bəyanat 64 səs lehinə, iki bitərəf səslə qəbul edilib.

Bəyanatda bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış sazişlərin əsasında duran tezislər şərh edilir.

Sənəddə qeyd olunur ki, parlament Ermənistan Baş naziri və Azərbaycan Prezidentinin ABŞ Prezidenti ilə görüşündə imzaladığı birgə bəyanatı dəstəkləyir və orada "Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin paraflanmasını alqışlayır.

Parlament Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasının qarşılıqlı əsasda dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında baş tutacağının vacibliyini qeyd edir.

Hakim fraksiyadan olan deputatlar Ermənistanın ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü ölkələrdən olan iştirakçılarla "Tramp marşrutu" layihəsinin reallaşdırılması üzərində işləyəcəyini mühüm hesab edirlər.

Sənəddə həmçinin ABŞ Prezidenti Donald Trampa təşəkkür ifadə olunur.

Ermənistan parlamenti növbədənkənar iclas çağırıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, gündəliyə parlamentin hakim "Vətəndaş müqaviləsi" fraksiyası tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi haqqında" bəyanat layihəsi daxil edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti