AYNA: 525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur
İnfrastruktur
- 06 yanvar, 2026
- 18:20
Yanvarın 7-dən Masazır qəsəbəsini Bakı metrosunun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 CNG texnologiyası ilə təchiz edilən "King Long" markalı avtobus cəlb ediləcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Marşrut üzrə 25 avtobus 6-7 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Qeyd edək ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənib. Hazırda isə yeni alınan və sərnişin tutumu yüksək olan nəqliyyat vasitələri xətt üzrə istismara buraxılır.
Bildirilir ki, yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək.
Son xəbərlər
11:03
Son iki gündə Biləsuvar və Cəlilabadda 13 nəfər qarlı havada yıxılaraq xəsarət alıb
Hadisə11:02
"AccessBank" nağd kredit üzrə faiz dərəcəsini endirdi!
Maliyyə11:01
Qazaxıstan parlamenti iyulun 1-dən səlahiyyətlərini dayandıra bilər
Region10:57
"Şahdağ Qusar" heyətini "Səbail"in yetirməsi ilə gücləndirib
Futbol10:53
Hakan Fidan: ABŞ-nin hərbi müdaxiləsi çətin ki, İranda hakimiyyət dəyişikliyinə gətirib çıxarsın
Digər ölkələr10:49
Foto
Vətənə xidmət uşaqların gözündə
Daxili siyasət10:44
Messi zədələndiyi üçün "İnter Mayami"nin növbəti yoldaşlıq görüşü təxirə salınıb
Futbol10:41
Son beş ildə milli komandalarda ən çox qol vuran futbolçular açıqlanıb
Futbol10:41