Ekspert: ABŞ nüvə obyektlərinə hücumdan əvvəl İranı məlumatlandırıb
Region
- 19 oktyabr, 2025
- 11:34
ABŞ Fordo nüvə obyektinə planlaşdırılan hücumdan əvvəl İranı məlumatlandırıb.
"Report"un "Azad İran" telegram kanalına istinadən verdiyi məlumata görə, bunu iranlı mühafizəkar siyasi ekspert Fuad İzadi deyib.
Onun sözlərinə görə, amerikalılar Fordo və Natanz obyektlərinə hücum etmək niyyətləri barədə də xəbərdarlıq ediblər, bundan sonra iranlıların ABŞ-nin hansı bazasına cavab verəcəyini soruşublar.
"Amerikalılar dedilər: "Biz hücum edəcəyik, siz isə cavab olaraq bazalarımızdan birinə zərbə endirəcəksiniz". Sadəcə hansı bazanı seçəcəyimizi bilmək istəyirdilər", - İzadi qeyd edib.
İyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini vurub: Fordo, İsfahan və Natanz. Həmin gün İran ABŞ-ın Qətərdəki "Əl Udeyd" bazasına raket zərbəsi endirib.
Son xəbərlər
15:15
Azərbaycanda yanvarda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 27 % az icra edilib
Maliyyə15:09
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları cüzi azalıb
Maliyyə15:09
Azərbaycanın dövlət büdcəsinin yanvardakı gəlirləri və xərcləri açıqlanıb
Maliyyə15:02
Azərbaycan və İran enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika15:01
Azərbaycanın icmal büdcəsinin yanvardakı gəlirləri və xərcləri açıqlanıb
Maliyyə15:01
ABŞ NATO-nun yeni versiyasını yaratmaq istəyir
Digər ölkələr14:58
ARDNF yanvarda büdcə öhdəliyini tam icra edib
Maliyyə14:57
Xəzinədarlıq orqanları yanvarda 37 mindən çox ödəniş tapşırığı icra edib
Maliyyə14:56