40 nəfərə yaxın beynəlxalq səyahətçinin Şuşaya səfəri başlayıb - YENİLƏNİB

40 nəfərə yaxın beynəlxalq səyahətçinin Şuşaya səfəri başlayıb - YENİLƏNİB Bu gündən etibarən üç gün ərzində 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək.
Qarabağ
8 Sentyabr , 2022 11:44
40 nəfərə yaxın beynəlxalq səyahətçinin Şuşaya səfəri başlayıb - YENİLƏNİB

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

"Report"un əməkdaşı xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə yollanıblar. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və təbiəti ilə tanış olacaqlar.

Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.

Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.

07:16

Bu gündən etibarən üç gün ərzində 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək.

"Report" xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Velidir.

Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə- sentyabrın 8-də Şuşa-Ağdam, sentyabrın 9-da Füzuli-Xocavənd, sentyabrın 10-da Zəngilan (Ağalı kəndi)-Cəbrayıl (Xudafərin körpüsü) marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.

Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.

Son xəbərlər

Orphus sistemi