Deputat Milli Məclisə yeni avtomobillərin verilməsini təklif edib, spiker narazı qalıb

Deputat Milli Məclisə yeni avtomobillərin verilməsini təklif edib, spiker narazı qalıb Deputat Tahir Kərimlinin Milli Məclisə yeni avtomobillərin verilməsi təklifi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.
Milli Məclis
17 Noyabr , 2021 16:57
Deputat Milli Məclisə yeni avtomobillərin verilməsini təklif edib, spiker narazı qalıb
Sahibə Qafarova və Tahir Kərimli

Deputat Tahir Kərimlinin Milli Məclisə yeni avtomobillərin verilməsi təklifi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

"Report"un xəbərinə görə, deputat çıxışı zamanı parlamentdə uzun illər işləyən gənclərin olduğunu bildirib: "Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyimiz həyalıdıır deyə belə münasibət göstərmək olmaz".

Spiker həmkarının çıxışına sərt reaksiya verib: "Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə də mən əsəbləşdim. Məcburi köçkünləri Qarabağa yerləşdirəndən sonra danışarıq".

Son xəbərlər

Orphus sistemi