BBC-nin Azərbaycanın Qarabağ bölgəsindən qərəzli xəbərinin arxasında nə dayanır?

BBC-nin Azərbaycanın Qarabağ bölgəsindən qərəzli xəbərinin arxasında nə dayanır? BBC Yayım Korporasiyası (BBC) Azərbaycanın Qarabağ bölgəsindən birtərəfli və qərəzli süjet hazırlayıb.
Media
2 Sentyabr , 2023 23:21
BBC-nin Azərbaycanın Qarabağ bölgəsindən qərəzli xəbərinin arxasında nə dayanır?

BBC Yayım Korporasiyası (BBC) Azərbaycanın Qarabağ bölgəsindən birtərəfli və qərəzli süjet hazırlayıb.

"Report" xəbər verir ki, ABŞ-ın erməni əsilli musiqiçi Serj Tankyan və separatçı Artak Beqlaryan jurnalistlərlə "həmsöhbət" olublar.

BBC-nin daim münaqişələrin işıqlandırılmasında qərəzsizliyini, fikir plüralizmi və ifadə azadlığı prinsiplərini bəyan etməsinə baxmayaraq, söhbət Azərbaycandan gedəndə şirkət bunu tamamilə "unudur".

Əvvəla, Beqlaryanı Azərbaycan ərazisindəki marionet qurumun “dövlət nazirinin müşaviri” kimi təqdim edilib. Ərazi bütövlüyü rəsmi London tərəfindən şübhə altına alınmayan Azərbaycanın.

BBC-nin Britaniya hökumətinin rəsmi mövqeyinə zidd bir süjet yayımlaması ciddi suallar doğurur.

İkincisi, jurnalist etikasına əsaslanaraq, hər hansı hadisəni işıqlandırarkən qərəzsizlik prinsipinə riayət etmək lazımdır. Belə olan halda Azərbaycanın bölgəsindən süjet hazırlayan BBC Qarabağın mənsub olduğu ölkənin mövqeyini ifadə etməli idi. Amma bu təmin olunmadı və bu, onu deməyə əsas verir ki, BBC-nin planının və ümumilikdə siyasətinin məqsədi Azərbaycanı ləkələmək və separatçı rejimə müəyyən qədər subyektivlik verməkdir.

Aydın görünür ki, BBC Azərbaycan əleyhinə təbliğat aparır, separatçı qurumun subyektivliyi mövzusunu süni şəkildə gündəmə gətirməyə çalışır. Əgər hansısa korporasiya Azərbaycana qarşı qərəz və qərəzli yanaşma nümayiş etdirirsə və ya siyasətimizdən razı deyilsə, deməli, ölkədə ona yer yoxdur, buna görə də media qurumunun əməkdaşlarının akkreditasiyası ləğv edilməlidir.

Son xəbərlər

Orphus sistemi