İçərişəhər 2028-ci ilədək özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevriləcək

Mədəniyyət
  • 23 dekabr, 2025
  • 11:32
İçərişəhər 2028-ci ilədək özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevriləcək

İçərişəhərin 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi hədəflənir.

"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məqsəd İdarənin strateji inkişaf konsepsiyasında əsas hədəf kimi qeyd olunub:

"Turizm sektorunda gəlir potensialının gücləndirilməsi, vahid tarif sistemi, dövlət-özəl tərəfdaşlığı, nağdsız dövriyyənin artırılması İdarənin iqtisadi inkişafı üçün müəyyən edilən hədəfləri sırasındadır. Eyni zamanda, İçərişəhərin büdcədənkənar gəlirlərini artıran və 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi hədələnir".

Aparat rəhbəri əlavə edib ki, görülən tədbirlər nəticəsində turist axınının artımı, mədəni layihələrə investisiyaların artırılması gözlənilir.

O bildirib ki, hazırda İçərişəhərdə "Ağıllı Qoruq" modelinə keçid lazımdır.

Son xəbərlər

Bütün Xəbər Lenti