Azərbaycan 2018-ci ildə postsovet məkanında aşağı inflyasiya göstəricisinə malik ölkələrdən olub

Azərbaycan 2018-ci ildə postsovet məkanında aşağı inflyasiya göstəricisinə malik ölkələrdən olub Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan 2018-ci ildə postsovet ölkələri arasında istehlak qiymətlərinin artımı üzrə 11-ci yeri tutub.
Maliyyə
21 Yanvar , 2019 11:33
Azərbaycan 2018-ci ildə postsovet məkanında aşağı inflyasiya göstəricisinə malik ölkələrdən olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan 2018-ci ildə postsovet ölkələri arasında istehlak qiymətlərinin artımı üzrə 11-ci yeri tutub.

"Report" xəbər verir ki, bunu "BelaPAN" tərəfindən aparılan milli statistika orqanlarının məlumatlarının təhlili göstərir.

Azərbaycanda qiymətlər 1,5 faiz artıb, eyni göstərici Gürcüstanda da qeydə alınıb.

Ötən ildə postsovet məkanında qiymət artımı üzrə lider Özbəkistandır. Ötən il Özbəkistanda qiymətlər 14,3% artıb. Bu baxımdan Ukrayna (9,8%) ikinci, Belarus (5,6%) isə üçüncü sırada qərarlaşıb.

Sonrakı sıralarda bu ölkələr yer alıb: Tacikistan (5,4%), Qazaxıstan (5,3%), Rusiya (4,3%), Estoniya (3,4%), Latviya (2,6%), Litva (1,9%) və Ermənistan (1,8%), Moldova (0,9%) və Qırğızıstanda (0,5%).

Türkmənistanda yalnız yanvar-oktyabr ayları (qiymət artımı 7,9% təşkil edib - red.) üzrə üzrə məlumatlar olduğundan onlar siyahıda yer almayıb.

Son xəbərlər

Orphus sistemi