Hesablama Palatasının rəyi ARDNF-ə təqdim olunacaq

Hesablama Palatasının rəyi ARDNF-ə təqdim olunacaq Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib
Maliyyə
8 İyun , 2022 16:35
Hesablama Palatasının rəyi ARDNF-ə təqdim olunacaq

Hesablama Palatasının rəyi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasına təqdim olunacaq.

Bu barədə "Report"a Hesablama Palatasından bildirilib.

Məlumata görə, bu barədə Hesablama Palatasında keçirilən Kollegiya iclası zamanı məlum olub.

Palatanın sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub.

Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib, Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi