EBRD-nin istiqrazlarına 12 investor maraq göstərib
Maliyyə
- 01 oktyabr, 2025
- 15:39
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 50 milyon manatlıq dəyişkən faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, nominal dəyəri 100 000 manat olan 500 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 12 investor 55,2 milyon manatlıq 12 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.
Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Faizlər Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi AZİR indeksinə uyğun olaraq (hazırda illik 7 %-ə yaxındır) rüblük ödəniləcək. Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir.
Son xəbərlər
14:28
"Arsenal" Premyer Liqa matçında antirekorda imza atıb
Futbol14:24
Bakı metrosunda qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb
İnfrastruktur14:24
Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilov dəfn edilib – YENİLƏNİB
Daxili siyasət14:21
Britaniya kralının qardaşı Epşteyn işi üzrə saxlanılıb
Digər ölkələr14:19
Foto
Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyevlə vida mərasimi keçirilib
Daxili siyasət14:17
Foto
Mingəçevirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimovla vida mərasimi keçirilib
Daxili siyasət14:16
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Xarici siyasət14:15
Səhiyyə Nazirliyindən çağırış: Xarici gedərkən üzərlik aparmayın
Sağlamlıq14:15