Çin Gürcüstanda 1 mlrd. dollar kapitallı bank açır

Çin Gürcüstanda 1 mlrd. dollar kapitallı bank açır Bank "Bir kəmər - bir yol" layihəsi çərçivəsində yaradılacaq
Maliyyə
15 May , 2017 11:20
Çin Gürcüstanda 1 mlrd. dollar kapitallı bank açır

Bakı. 15 may. REPORT.AZ/ Pekində Gürcüstanın inkişafı üçün bankın yaradılmasını nəzərdə tutan bəyannamənin rəsmi imzalanma mərasimi keçirilib. "Report" "Apsny.ge" saytına istinadən xəbər verir ki, sənədin imzalanması dünən başlayan "Bir kəmər - bir yol" forumu çərçivəsində baş tutub.

Bankın əsas sərmayəsi 1 mlrd. ABŞ dolları, yığım kapitalı isə 300 mln. dollar təşkil edəcək. Bankın səhmdarları Çinin ən böyük şirkəti "China Energy Company Ltd." (CEFC) və "Eurasian Invest LLC." olacaq.

Gürcüstan tərəfindən sənədi baş nazirin müavini, maliyyə naziri Dimitri Kumsişvili imzalayıb. Nazirin sözlərinə görə, Çin şirkətləri artıq Gürcüstan Mərkəzi Bankına müraciət edib: "Bizim bank sistemi və iqtisadiyyatımız üçün bank sektorunda rəqabətin yaranmasına ehtiyac var. Yeni bankın yaranması özəl sektora dəstək verəcək".

Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin tərəfindən 2013-cü ildə irəli sürülən "Bir kəmər - bir yol" layihəsinə artıq 50 mlrd. dollar vəsait yatırılıb. Bu layihə "İpək yolu iqtisadi kəməri" və "Dəniz İpək yolu" istiqamətində təşəbbüslərin inkişafını nəzərdə tutur. Çinin yaxın illərdə bu layihəyə daha 124 mlrd. dollar yatıracağı bildirilir.

Qeyd edək ki, 2 günlük forumda 29 ölkənin prezident və baş nazirləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, BMT, IMF, Dünya Bankı və ÜTT rəsmiləri iştirak edirlər. 

Son xəbərlər

Orphus sistemi