Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb
Maliyyə
- 13 dekabr, 2025
- 16:33
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 3 milyard 592,6 milyon manatı (97,9 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, 11 ayda Azərbaycanda əsas kapitala 16 milyard 658,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 8,3 % artıb.
Son xəbərlər
17:48
Azərbaycanda daha 50 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes17:46
PSJ-nin qapıçısı bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol17:45
Dörd rayonda yaşıllıqlar qanunsuz kəsilib, təbiətə 300 min manata yaxın ziyan dəyib
Ekologiya17:39
Biləsuvar şəhərinə qazın verilişi bərpa olunub - YENİLƏNİB
Energetika17:37
Sabahdan Azərbaycanda ov mövsümü açılır
Ekologiya17:32
Foto
Emin Əmrullayev Ağcabədidə vətəndaş qəbulu keçirib
Elm və təhsil17:32
Avstraliya Ukraynaya "Abrams" tanklarının sonuncu partiyasını təhvil verib
Digər ölkələr17:31
Foto
Ankarada Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu keçirilib - YENİLƏNİB
Media17:29