NBA çempionu həbs olunub
Komanda
- 10 oktyabr, 2025
- 10:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Pol Pirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək həbs olunub.
"Report" ESPN-ə istinadən xəbər verir ki, Pirs San-Fernando vadisində, magistral yolun ortasında dayanan avtomobilin sükanı arxasında yatarkən aşkar edilib.
Polislər onun spirtli içkinin təsiri altında olduğunu bildiriblər.
Qeyd edək ki, 47 yaşlı sabiq basketbolçu 15 il (1998-2013) heyətində oynadığı "Boston"la 2008-ci ildə NBA çempionu adını qazanıb. O, sonralar "Bruklin", "Vaşinqton" və "Los Angeles Klippers"də çıxış edib. 10 dəfə NBA Ulduzlar matçında iştirak edən P.Pirs karyerasını 2017-ci ildə başa vurub.
Son xəbərlər
23:20
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Digər ölkələr
23:10
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Digər ölkələr
23:00
Tramp Heqsetin istefası məsələsini müzakirə edir
Digər ölkələr
22:55
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
Komanda
22:54
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
Komanda
22:52
Moldova Aİ-yə üzvlük danışıqlarının ilkin mərhələsini 2028-ci ildə başa çatdıra bilər
Digər ölkələr
22:48
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Futbol
22:33
Video
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Xarici siyasət
22:31
Foto
Zaqrebdə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib
Xarici siyasət