Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib - YENİLƏNİB-2

İnfrastruktur
  • 09 mart, 2026
  • 19:26
Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib - YENİLƏNİB-2

Martın 5-dən İranın dron hücumları səbəbindən fəaliyyətini müvəqqəti dayandıran Naxçıvan Beynəlxalq Hava Limanı artıq fəaliyyətini bərpa edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu gün saat 18:00-da Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib və bununla da hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb.

Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.

"Report"un yerli bürosu xəbər verir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvandan- Bakıya "j2 252" saylı reyslə uçan sərnişinlər qeydiyyatdan keçir. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.

Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) martın 9-dan Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:

Reys

Bakıdan qalxma

Naxçıvandan qalxma

J2 2251 / 2252

18:00

20:00

J2 2253 / 2254

19:00

21:00

J2 2255 / 2256

20:00

22:00

J2 2257 / 2258

21:00

23:00

Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti