Mahnı Teatrında mövsümün yekun konserti olacaq

İncəsənət
  • 20 iyun, 2015
  • 07:38
Mahnı Teatrında mövsümün yekun konserti olacaq

Bakı. 20 iyun. REPORT.AZ/ Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 2015-ci ilin konsert mövsümünə yekun vurur.

"Report" xəbər verir ki, iyunun 23-də teatrın nəzdində fəaliyyət göstərən orkestrin iştirakı ilə konsert keçiriləcək. Konsert proqramında Mahnı Teatrının solistləri çıxış edəcəklər.

İyunun 20-də isə Mahnı Teatrında mərhum rus aktyoru, şair Yuri Vizborun 81 illik yubileyi münasibətilə tədbir olacaq.

R.Behbudov adına Mahnı Teatrının kollektivi yeni konsert mövsümünü sentyabrda başlayacaq.

44 filmi